İş Saatları : 10:00 - 19:00
İş Saatları : 10:00 - 19:00
  • Exbir, Phone, Əlaqə, Exbir logisticss MMC, Exbir logistics MMC, logisticss, logistics, Exbir MMC, Exbir logisticss LTD, Exbir logistics LTD, Exbir LTD +99412 4096166

    Nobel prospekti 7A / Ofis 29

  • Exbir, Exbir email, Exbir logisticss MMC, Exbir logistics MMC, logisticss, logistics, Exbir MMC, Exbir logisticss LTD, Exbir logistics LTD, Exbir LTD Email

    info@exbir.az

QAYDALAR

İstifadəçi Qaydaları

1.İstifadəçi sistemdə qeydiyyatdan keçməklə, şəxsi məlumatlarını tələb olunan qaydada qeyd etməlidir.
2.İstifadəçi qeydiyyatdan keçmək üçün daxil etdiyi məlumatların doğruluğuna görə məsuliyyət daşıyır.
3.Sonradan qeyd olunmuş məlumatlarda dəyişikliklər olarsa, bununla bağlı sistemə məlumatların yenilənməsi üçün bildiriş göndərmək istifadəçinin öhdəliyidir.
4.Qadağan olunmuş məhsullar sifariş verilərsə, xidmət həmin istifadəçi üçün bloklana bilər.
5.Sistemin tələb etdiyi qaydada ödəmə etmək istifadəçinin öhdəliyidir.
6.Öz şifrə və məlumatlarını digər şəxslərlə paylaşmamalıdır. Belə hallar baş verərsə borclanmaya və sifarişin statusunun dəyişməsinə görə, şəxsözü cavabdehdir.
7.İstifadəçi ay ərzində dəyəri 1.000 (bir min) ABŞ dolları məbləğinədək əşya sifariş etdikdə, istifadəçidən gömrük rüsumu tutulmur.
8.Sifarişin dəyəri bir ay ərzində 1.000 (bir min) ABŞ dolları məbləğindən artıq olarsa, İstifadəçi sifarişin ümumi dəyərinin 36%-i (otuz altı faiz) miqdarında gömrük orqanlarına gömrük rüsumu ödəmək öhdəliyini öz üzərinə götürür.
9.Daşıyıcı bütün sifarişlərin daşımasını həyata keçirərkən yalnız 1000 ABŞ dollarınadək sifariş olduqda gömrük sənədləşmələrini öz üzərinə götürür.
10.Dəyəri daha yüksək məbləğdə sifariş verilərsə, daşıyıcı malı Gömrük terminalınadək gətirməyi, istifadəçi isə digər sənədləşmə və malın terminaldan təhvil götürülməsini öz üzərinə götürür.
11.Daşınan bağlamanın çatdırılma üçün xidmət haqqı iki meyar üzrə, çəki və həcmə görə hesablanır. İstifadəçi bu meyarlar üzrə hesablanmış daşıma haqqının daha çox olanı üzrə ödəniş aparmalıdır.
12.İstifadəçi bağlamalarını ofisi tərk etmədən yoxlamalı, hər hansı bir zədə və ya çatışmamazlıq olduğu təqdirdə şirkəti məlumatlandırmalıdır. Əks təqdirdə zədələnmiş bağlamalara görə şirkət məsuliyyət daşımır!

Daşıma və çatdırılma qaydaları

Sifarişçi - Hər hansı bir məhsulu xarici və ya daxili istehsalçının satış məntəqəsindən alış məqsədi ilə dəyərini öncədən ödəməklə sifariş edən şəxs.

Daşıyıcı - Sifarişçinin sifarişi əsasında malı istehsalçının satış məntəqəsindən alaraq, özünə məxsusanbara kimi çatdırmanı həyata keçirən karqo şirkəti.

Anbar - Daşıyıcıya məxsus,

- Daşıyıcı istehsalçı deyil və heçbir satış xidməti göstərmir. Sifarişçi ödənişini şəxsi hesabından daşıyıcının əməkdaşlıq etdiyi xarici şirkətin bank hesabına köçürür. Sifariş verilmə prosesi üçün 5% ödəmə (bank) komissiyası nəzərdə tutulmuşdur.
- Sifarişçinin ünvanında ödəməkşərti ilə göndərilən sifarişlər qəbul olunmur.
- Daşıyıcı, istehsalçının səhvinə, satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına,tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə görə və ya sifarişinsatıcı tərəfindən ləğv olunmasına görə məsuliyyət daşımır.
- Daşıyıcı satıcı firma tərəfindən malın onun anbarına çatdırılması vaxtına görə heç bir məsuliyyət daşımır.
- Daşıyıcı sifariş verildikdən sonra sifariş üzərində heç bir əməliyyat aparmır. (Məhsulun ləğv olunması, rəng və ya ölçünün dəyişməsi və s dəyişikliklər.)
- Daşıyıcı sifarişçinin sifariş etdiyi online ünvanın etibarlılığı, ödəmə şərtləri ilə bağlı heç bir məsuliyyət daşımır.
- Sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.) istifadəçinin ödədiyi məbləğ xarici şirkət tərəfindən kartına geri qaytarılır.
- Ödəniş, sifariş olunan xarici ölkənin valyutası ilə aparılır, əlavə bank komissiyalarına görə Daşıyıcı heçbir məsuliyyət daşımır.
- Sifariş olunmuş məhsulun ödənişihər hansı səbəbdən geri qaytarılarsa, 5% komissiya geri qaytarılmır.
- Sifariş ilə bağlı yaşanmış hər hansı problem zamanı istifadəçiyə telefon və ya email vasitəsi ilə məlumat verilir. Sifarişin tamamlanması ilə bağlı problem yarana bilər.
- Sifariş olunmuş məhsulun ödənişi aşağıdakı hallarda müştəriyə geri qaytarılır:
a) Məhsul satıcı firmanın balansında tükəndikdə;
b) Müştəri yanlışlıql abalansına vəsait daxil etdikdə;
c) Müştəri sifarişdən imtina etdikdə;
d) Satıcı firma tərəfindən sifariş ləğv edildikdə.
- Sifariş olunmuş malın daşıyıcının anbarına daxil olması barədə sifarişçiyə məlumat verildikdən 15 gün ərzində mal təhvil götürülməzsə, anbarda qaldığı hər günə görə Sifarişçi 0.4 manat dəyərində Daşıyıcıya cərimə ödəməyi öhdəsinə götürür.
- Səbətdə malın saxlama müddəti maksimum 15 gündür. Bu müddətdə mal sifarişçi tərəfindən qəbul edilmədikdə bu sifarişçinin maldan imtina etməsi kimi qəbul olunur.
- Malın qəbulundan imtina edilməsi zamanı sifarişçiyə heç bir məbləğ ödənilmir, sifarişçi 15 günlük cərimə məbləğini daşıyıcıya ödəmədiyi təqdirdə yeni sifariş üçün xidmətdən yararlana bilməyəcək.
- Ödənişlərin karta geri qaytarılması 15 iş günü müddətində icra olunur, bəzi hallarda bu müddətə bir neçə gün banklardan asılı olaraq əlavə ola bilər.
- Tərkibində maye, tez alışan maddələr, batareya və Azərbaycan qanun vericiliyinə qadağan olunmuş məhsullar olan sifarişlər qəbul olunmur.
- Çatdırılma haqqı hər bağlamanın çəkisinə görə hesablanır.
- Bu qaydalarla tanış olduqdan sonra Sifarişçi olaraq qeydiyyatdan keçən şəxs bildirmiş olur ki, qaydalarda qeyd olunan hallarla bağlı yaranan istənilən problemə görə “Daşıyıcı”nın məsuliyyət daşımadığını qəbul edir.
- Qaydalara riayət etməyən və qadağan olunmuş malların daşınmasını sifariş verən sifarişçinin qeydiyyatı məlumatlandırmadan sonra davam edəcəyi təqdirdə bloklanacaq.

Necə sifariş etməli?

Əgər Siz məhsulu öz kartınızla ala bilirsinizsə, o halda bunları etməlisiniz.

1.Əvvəlcə bizim saytda qeydiyyatdan keçirsiniz.
2.Qeydiyyatdan dərhal sonra yaranmış "Profilim" bölməsinə daxil olursunuz və "Xaricdəki ünvanlarım" bölməsindəki ünvanı məhsul sifariş etdiyiniz saytda tələb olunan ünvan bölməsində qeyd edirsiniz.
3.Alış-veriş etdiyiniz saytdan sizin emailinizə göndərilmiş Invoice'ni www.exbir.az saytındakı "Invoice əlavə et" bölməsində əlavə edirsiniz.

Əgər sizin kartınız alış-veriş etmək istədiyiniz saytda qəbul olunmursa, o zaman biz sizə "Sifariş et" xidməti təklif edirik.

1. Əvvəlcə bizim saytda qeydiyyatdan keçirsiniz.
2. Qeydiyyatdan dərhal sonra yaranmış "Profilim" bölməsinə daxi lolursunuz və "Sifariş et" bölməsindən bəyəndiyiniz məhsulun linkini seçib əlavə edirsiniz. Sistem Sizə məhsulun qiymətini, ölçüsünü, sifariş etdiyiniz ölkədaxili karqo qiymətini və bizim sizin üçün etdiyimiz sifarişdəki +5 faizlik xərcləri əlavə etməklə yekun məbləği təqdim edəcək. ( Bu məlumatlardan hər hansı biri olmadıqda, onu özünüz əlavə edirsiniz)
3. Linkləri saytımıza göndərdikdən sonra bizim hesabımıza yekun məbləği ödəyirsiniz və biz həmin məhsulu sizin üçün alırıq. Belə olan halda Invoice də bizim əməkdaşlar tərəfindən əlavə edilir.
İstifadəçi sistemdə qeydiyyatdan keçməklə, şəxsi məlumatlarını tələb olunan qaydada qeyd etməlidir.
İstifadəçi qeydiyyatdan keçmək üçün daxil etdiyi məlumatların doğruluğuna görə məsuliyyət daşıyır.
-Sonradan qeyd olunmuş məlumatlarda dəyişikliklər olarsa, bununla bağlı sistemə məlumatların yenilənməsi üçün bildiriş göndərmək istifadəçinin öhdəliyidir.
Qadağan olunmuş məhsullar sifariş verilərsə, xidmət həmin istifadəçi üçün bloklana bilər.
-Sistemin tələb etdiyi qaydada ödəmə etmək istifadəçinin öhdəliyidir.
-Öz şifrə və məlumatlarını digər şəxslərlə paylaşmamalıdır. Belə hallar baş verərsə borclanmaya və sifarişin statusunun dəyişməsinə görə, şəxs özü cavabdehdir.
İstifadəçi ay ərzindədəyəri 1.000 (bir min) ABŞ dolları məbləğinədək əşya sifariş etdikdə, istifadəçidən gömrük rüsumu tutulmur.
-Sifarişin dəyəri bir ay ərzində 1.000 (bir min) ABŞ dolları məbləğindən artıq olarsa, İstifadəçi sifarişin ümumi dəyərinin 36%-i (otuz altı faiz) miqdarında gömrük orqanlarına gömrük rüsumu ödəmək öhdəliyini öz üzərinə götürür.
-Daşıyıcı bütün sifarişlərin daşımasını həyata keçirərkən yalnız 1000 ABŞ dollarınadək sifariş olduqda gömrük sənədləşmələrini öz üzərinə götürür. Dəyəri daha yüksək məbləğdək sifariş verilərsə, daşıyıcı malı Gömrük terminalınadək gətirməyi, istifadəçi isə digər sənədləşmə və malın terminaldan təhvil götürülməsini öz üzərinə götürür.
-Daşınan bağlamanın çatdırılma üçün xidmət haqqı iki meyar üzrə, çəki və həcmə görə hesablanır. İstifadəçi bu meyarlar üzrə hesablanmış daşıma haqqının daha çox olanı üzrə ödəniş aparmalıdır. İstifadəçi bağlamalarını "ExBir logisticss" MMC ofisini tərk etmədən yoxlamalı, hər hansı bir zədə və ya çatışmazlıq olduğu təqdirdə şirkəti məlumatlandırmalıdır. Əks təqdirdə zədələnmiş bağlamalara görə şirkət məsuliyyət daşımır!
-Sifarişçi tərəfindən sifariş olunan malların alınaraq toplandığı saxlanma yeri, malların sifarişçi tərəfindən qəbul edildiyi yerdir.